Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vanadzor-Gümrü yolunun üstündə qoyulan heykəlinin başını qoparıblar.

Unikal.org “News.am”a istinadən xəbər verir ki, başsız heykəlin fotosu və videosu sosial şəbəkələrdə yayılıb.

N.Paşinyanın abidəsinin başını kimin qopardığı məlum deyil. 

Qeyd edək ki, heykəl “Mənin addımım” adlanır və onun Gümrüdən başlayan yürüşünün rəmzidir.