Yevlax rayonunda 18 yaşlı oğlan həmyaşıdını qətlə yetirib.

Unikal.org Report-a istinadən xəbər verir ki, Yevlax şəhər sakini, 18 yaşlı Əhmədli Ağa Mehman oğlu həmyaşıdı Nərmanov Namiq Yelmar oğlu tərəfindən 6 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılılb, araşdırma aparılır.

13:59

 Yevlax rayonunda gənc oğlan bıçaqlanıb. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.