19 Avqust 2019
18 Avqust 2019
Səfər Mehdiyev vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO
Səfər Mehdiyev vətəndaşlaraMÜRACİƏT ETDİ - VİDEO CƏMİYYƏT 14:15 2018-12-24

 "Hər kəs səhər saat 9:00-dan 10:00-a qədər sərhəd keçid məntəqəsini keçmək istəyir".

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Komitə sədri vətəndaşlara müraciət edib: "Halbuki günorta saatlarından sonra vətəndaşlar sərhəd keçid məntəqələrindən sərbəst keçə bilərlər. Hər kəs, xüsusən də cənubda olan vətəndaşlarımız səhər saat 9:00-11:00 arasında sərhəd keçid məntəqələrindən keçmək istəyirlər. Xahişimiz odur ki, sərhəd keçid məntəqələrindən keçən zaman saatı seçərkən sıxlığı nəzərə alsınlar".

DGK sədri 2019-cu ilin ortalarından elektron növbə sisteminin tətbiq ediləcəyini qeyd edib.