Ordu bölgəsinin Altınordu mahalında zibillikdə tapılan parçalanmış kişi cəsədinin kimə məxsus olduğu məlum olub. 


Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, meyitin iraqlı 17 yaşlı Hüseyin Kalasa aid olduğu bəlli olub.

Gündəlik 500 ton zibil atılan yerdə gecə ərzində axtarışlar aparılıb və Kalasa aid başqa bədən üzvləri də aşkarlanıb. Hadisə ilə bağlı İraq əsilli 3 şəxs saxlanılıb.

Məlumatda meyiti parçalanmış halda tapılan Hüseyin Kalasın futbol oynamaq üçün şənbə günü axşam saatlarında evden çıxdığı, geri qayıtmadığı bildirilir. 17 yaşlı Hüseyin Kalasın evə qyıtmadığı üçün ailəsi narahat olub və polisə müraciət edib. Bildirilir ki, Hüseyin Kalasın parçalanmış cəsədi zibil konteynerinə atılıb, təsadüfən zibil daşıyan maşınlar vasitəsi ilə də thəmin yerə gətirilib. 

Hüseyin Kalasın anası Favzia Kalas  oğlunun heç kimə ziyanı dəymədiyi, 2,5 ildir 4 övladı ilə birlikdə Altınorduda yaşadıqlarını deyib:

"Polisin bu hadisəni araşdırmasını istəyirik. Hər zaman sahilə gəzməyə gedib gəlirdik. Şənbə günü axşam futbol oynamağa gedəcəyini dedi. Qayıtmadı, evə gəlmədikdə polisə məlumat verdik. Sonra zibillikdə meyitini aşkarladığını dedilər”.