Gürcüstan Prezidenti Salome Zurabişvili müşavirləri və komandasının bəzi üzvlərini təqdim edib.

Unikal.org-un report-a istinadən verdiyi xəbərə görə, Prezident Administrasiyasının rəhbəri Laşa Jvania təyin olub.

Administrasiyanın rəhbər müavini Ketevan Maxaraşvili olacaq. O həmçinin Gürcüstan Prezidentinin milli azlıqlar və gender bərabərliyi ilə bağlı fəaliyyətini də koordinasiya edəcək. K.Maxaraşvili müvəqqəti olaraq mətbuat katibi vəzifəsini də icra edəcək.

Prezidentin parlament üzrə katibi Dmitri Qabunia, məhdud imkanlı şəxslərin işi üzrə müşaviri Simon Petridis, diaspor və vətəndaşlıq üzrə müşaviri Natia Sulava təyin olunub.

Dövlət başçısı həmçinin hərbi məsələlər, ictimaiyyətlə əlaqələr, mədəniyyət, təhsil və elm sahələri üzrə də müşavirlərini təqdim edib.

Qeyd edək ki, K.Maxaraşvili bu vaxta qədər Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinin direktoru olub.