Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Unikal.org-un  report-a istinadən məlumatına görə, hadisə şəhərin "Gəj zavodu" adlanan ərazisinin yaxınlığında baş verib.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu hələ ki, bilinməyən səbəbdən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.