Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Unikal.org-un məlumatına görə, dekabrın 24-də qızılın qiyməti dekabrın 21-i ilə müqayisədə 8,007 manat artaraq 1 unsiya üçün 2148,9955 manat təşkil edib.

Gümüş 0,0301 manat ucuzlaşaraq 1 unsiya üçün 25,0449 manata bərabər olub.

Platinin qiyməti 1,9635 manat azalaraq 1347,063 manat, palladiumun qiyməti isə 34,4845 manat azalaraq 2108,34 manat təşkil edib.(trend)