“Vergilər Nazirliyinin “Azərkosmos"la xüsusi müqaviləsi var. Biz daş karxanalarına kosmosdan nəzarət edirik”.

Unikal.org xəbər verir ki, bunu mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini bildirib ki, "Azərkosmos"dan alınan məlumatlar hesabına karxanaların fəaliyyəti ilə bağlı məlumat əldə edilir: "Biz o kadrlara baxırıq və karxananın ərazisini, dərinliyini görə bilirik. Bəzən yola daş tökürlər. Amma bu heç də bizim hesablamamıza mane olmur".