“Barselona” PSJ-nin gənc futbolçusu Kilian Mbappeni transfer etmək üçün Fransa klubuna təklif irəli sürəcək.

Unikal.org “Don Balon”a istinadən xəbər verir ki, Kataloniya klubu 20 yaşlı futbolçunu transfer etmək üçün Paris təmsilçisinə Filippe Koutinyonu təklif edərək, razılıq əldə etməyə çalışacaq. “Real”a keçəcəyi deyilən Neymar isə yaxın dostu olan Koutinyonun PSJ-yə transferi nəticəsində komandadan ayrılmayacaq.

Bu təkliflə “Barsa”nın həm Mbappenin keçidini həll edəcəyi, həm də, sabiq futbolçusu Neymarın “Real”a keçidinə mane olmağı planlaşdırdığı bildirilir.