19 Aprel 2019
18 Aprel 2019
İcazəsiz ova cəhd edən şəxslər saxlanıldı
İcazəsiz ova cəhd edən şəxslər saxlanıldı HADİSƏ 17:12 2018-12-25

 Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyən edilib.

Onlardan 2 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara, ümumilikdə, 2000 manat məbləğində cərimə tətbiq edilib.