Azərbaycan Prezidenti İlham Əliyev əməkdar memar Elbay Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org-un xəbərinə görə, sərəncama əsasən, Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Ənvər oğlu Qasımzadə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, E.Qasımzadə 1948-ci ilin dekabrın 26-da Bakıda anadn olub. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədridir. Dekabrın 26-da E.Qasımzadənin 70 yaşı tamam olur.