İranın paytaxtı Tehran şəhərində içərisində Azad Elmi-Tədqiqat Universitetinin tələbləri olan avtobusun qəzaya düşməsi nəticəsində 8 tələbə ölüb, 28-i yaralanıb.

Unikal.org  “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu ali təhsil müəssisəsinin elmi-təqdiqat bölməsinin rəhbəri Reza Məsudi deyib.

Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.