Prezident İlham Əliyev Fransaya işgüzar səfərə getdi
Prezident İlham Əliyev Fransaya işgüzar səfərə getdi
Avropadakı gənclər isə Ermənistan səfirliyini "mühasirə"yə alıb

Dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransa Respublikasına işgüzar səfərə yola düşüb. Dövlət başçısı bu gündən etibarən Parisin rəsmi dairələri ilə görüşlərə başlayacaq. Bu ölkənin prezidenti Fransua Ollandla görüş keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, erməni diasporu Prezident İlham Əliyevin gəlişi və Ramil Səfərovun azadlığa buraxılmasına etiraz əlaməti olaraq Parisdə etiraz aksiyası keçirməyi planlaşdırıb. Lakin onları qabaqlayan Azərbaycan diasporu hərəkətə keçərək, dünəndən etibarən Parisə axışmağa başlayıb. Aldığımız məlumata görə, dünəndən etibarən Azərbaycanın Avropadakı diaspor təşkilatlarının gəncləri Parisdəki Ermənistan səfirliyini "mühasirəyə" alıblar. Belə ki, onlar Ermənistanın işğalçı siyasətinə etiraz əlaməti olaraq aksiya keçiriblər. Aksiyalar İlham Əliyevin səfəri başa çatanadək davam edəcək.