Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. 

Unikal.org-un məlumatına görə, “Hind kinosu” adlanan yarışma 7 iştirakçının mübarizəsi ilə davam edib. Ötən verilişdə olduğu kimi bu dəfə də SMS səsverməsində maraqlı anlar yaşanıb. İştirakçılardan üç nəfərin - Ramil Nabran, Xose Bernardo və Ranar Musyevin şəklini atanların sayı eyni olduğundan yenə gün ərzində gələn səslər əsas götürülüb. 

Bu üç iştirakçıdan Ramil Nabrana daha az səs göndərildiyindən SMS səsverməsinə o çıxarılıb. 

Ramil Nabran hədəfinin gizli olmadığını bildirib. O səs toplayacağı təqdirdə Sərxan Kərəmoğlunu oyundan kənarlaşdıracağını bildirib.

Nəticədə Ramil Nabran 41,53 faiz səs toplayaraq şounu tərk edib. Daha bir iştirakçı da  oyunu tərk etməli olub. Belə ki, Ramil Nabran iştirakçılardan biri olan müğənni Dilarə Kazımova ilə görüşərkən ikinci əlini təsadüfən  maşından götürüb. Bu da diqqətdən yayınmayıb. Beləliklə R.Nabranla  yanaşı, Dilarə Kazımova da şou ilə vidalaşıb.