FİFA Türkiyənin “Qaziantepspor” klubunu cəzalandırıb.

Unikal.org xəbər verir ki, hazırda TFF 2-ci liqada mübarizə aparan bu klubun sabiq qapıçısı Jidrunas Karçemarskasa olan borcunu vaxtında ödəməməsi Türkiyə təmsilçisinə baha başa gəlib.

Belə ki, ali futbol qurumu “Qaziantepspor”un hesabından 6 xalın silinməsi və kluba transfer qadağası qoyulması barədə qərar qəbul edib. Bu barədə məlumatı klubun prezidenti Hasan Şahin də etiraf edib.

Litva yığmasının sabiq üzvü 2010-2016-cı illər aralığında “Qaziantepspor”da forma geyinib.