Əfsanəvi  futbolçu Maradona ilə bağlı qəribə iddia ortaya atılıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi futbolçunun özündən 30 yaş kiçik sevgilisi tərəfindən evdən qovulduğu bildirilib.

Bu barədə ilk məlumatı Argentinanın “El Nueve” kanalı yayıb. Kanalda yayımlanan verilişlərin birində Maradonanın sevgilisi Rocio Oliva ilə ayrıldığı deyilib. Sevgililər gecə saatlarında mübahisə etməyə başlayıb. Daha sonra Oliva Maradonanı evdən qovub

Ayrılığın səbəbi isə Olivanın Maradona ilə Meksikaya getmək istəməməsi olub. Maradona hazırda Meksikanın “Doradoas de Sinaloa” klubunu çalışdırır. 

Qeyd edək ki, 58 yaşlı Maradona özü kimi keçmiş futbolçu olan Oliva ilə 2012-ci ildə tanış olub.