Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı gecə təlimi keçirilib.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, ssenariyə uyğun olaraq, təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.