Cəlilabad rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-dən Unikal.org-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 22-də Zopun kəndi ərazisində qanunsuz ov edən şəhər sakinləri Namiq Vəliyev və Səbuhi Cavadov saxlanılıblar.

N.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ilə protokol tərtib edilib.

S.Cavadovdan isə müvafiq sənədləri olmayan “İJ-27” markalı ov tüfəngi götürülüb.