Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və  kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Unikal.org xəbər verir ki, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri ümumilli liderin  xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri qoyulub. 

Qeyd edək ki, 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında qərar qəbul edib.  Həmin ildən etibarən 31 dekabr Dünya Azərbaycanlılarının  Həmrəylik Günü  kimi qeyd olunur.