Prezident İlham Əliyev “Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla Bakı şəhəri ərazisində reallaşdırılan ən böyük tikinti layihələrindən olan “Bakı Ağ şəhər” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Sadıxov Ruslan Oqtay oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Nütvəli İskəndər oğlu

Abdullayev Fəzail Cahangir oğlu

Çernova Yelena Viktorovna

Dadaşov Etibar Mürşüd oğlu

Quliyev Elxan Abubəkir oğlu.