Ötən gün "Maşın Şou"da media nümayəndələri qonaq olub.

Unikal.org big.az-a istinadən xəbər verir ki, iştirakçılar jurnalistlərin bir çox suallarını cavablandırıb. Oyunun ən qalmaqallı iştirakçısı olan Sərxan Kərəmoğlu "Meyxanaçı Oqtay canlı yayımda sizə zərf təqdim etdi. Amma siz onu açmaqdan imtina etdiniz. Zərfin içərisində nə olduğunu açıqlaya bilərsinizmi?" sualına belə cavab verib:

"Vallah, Allah haqqı, o Oqtayın varlığı belə mənə maraqsızdır. Onun yazdığının nə marağı ola bilər mənim üçün? O gəldi, burda üzr istədi məndən. Yerli mətbuatda mənim haqqımda təhqiramiz fikirlər səsləndirmişdi. Mənim vəkillərim onun haqqında məlumat toplamağa başladılar ki, onu məhkəməyə verək. Həmin gün gəldi, zərfdə üzr məktubunu mənə vermək istədi. Mənim üçün maraqsız idi deyə heç əlimə də almadım. Murad Dadaşov məktubu oxudu, məzmununu dedi. Qurban olsun Nazilə Səfərliyə! O məndən xahiş etdi, and verdi ki, məhkəməyə vermə. Onun hərdən ağlı başında olmur, yəni pis vərdişli insanlardan inciməyə dəyməz. Biri var ağlı üstündə olan adamla mübarizə aparasan, biri də var ağlı gedib-gələn adamla...".