Rusiya Müdafiə Nazirliyi Prezident Vladimir Putinin tapşırığı ilə süzən qanadlı döyüş qurğusuna malik “Avanqard” raket sisteminin uğurlu sınağını həyata keçirib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, sınaq zamanı Orenburq vilayətindəki Dombarovski hərbi hava bazasından buraxılan səsdən iti raket Kamçatka diyarındakı Kura poliqonundakı şərti hədəfi vurub.