Cəlilabadda yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 108 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.