Xəbər verdiyimiz kimi, Gədəbəy rayonunun mərkəzində müəllim "F-1" əl qumbarasını partladaraq intihar edib.

Unikal.org intiharın təfərrüatları ilə bağlı məlumatlar əldə edib.

Belə ki, özünə qəsd edən 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov Gədəbəy Rayon Peşə Liseyinin müəllimi olub. Liseyin direktoru Şakir Məsumov Unikal.org-a verdiyi məlumata görə, mərhum idman müəllimi olub:

"Nemət idman müəllimi idi. Onun hansı səbəbdən bu addımı etməsi bilinmir. Mərhum ailəli olub bir qız övladı var idi. Onun qızı iki dəfə əməliyyat olunmuşdu. Həyat yoldaşının da əməliyyat olunacağı bildirilir. Deyilənə görə sosial problemləri var imiş. Özləri rayonun mərkəzində yaşayırlar. Evə gələrkən yolda özünü partladıb. Mərhum hələ dəfn olunmayıb. Cənazəsini yaşadığı mənzilə gətiriblər".

Famil Fərhadoğlu