Bakı Dövlət Universitetində dövlət  bayrağımıza qarşı hörmətsizlik edilib.

Unikal.org xəbər verir ki, universitetin giriş qapısının üzərində dalğalanan üçrəngli bayrağımız tərsinə asılıb.

Bakı Dövlət Universitetinin girişində yerləşdirilən bayrağın tərs asılması görənlərin narazılığına səbəb olub. 

***12:50

Sözügedən məsələ  ilə bağlı Unikal.org-a münasibət bildirən Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, bu, texniki xəta idi və yanlışlıq artıq aradan qaldırılıb.