“Azərişıq” ASC 2018-ci il ərzində Bakı şəhəri, ətraf kənd və qəsəbələri, regionlarda aparılan yenidənqurma işləri haqda məlumat yayıb. 

Unikal.org xəbər verir ki, əhalinin elektrik təchizatının yaxşılaşdırılması üçün 390 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 121,8 km 35 kV-luq, 481,7 km 6-10 kV-luq, 1017,7 km 0,4 kV-luq kabel xətləri çəkilib, 33,7 km 110 kV-luq, 103,5 km 35 kV-luq, 962,8 km 6-10 kV-luq, 4514,7 km ÖİN 0,4 kV-luq hava xətləri, 32 km 0,4 kV-luq hava xətləri çəkilib və təmir olunub, 149131 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılıb.

Cari il ərzində 108 ədəd 110 kV-luq, 258 ədəd 35 kV-luq, 2750 ədəd 6 və 10 kV-luq yarımstansiyalarda, 146,4 km 110 kV-luq, 660 km 35 kV-luq, 1750 km 6 və 10 kV-luq 4000 km-dən artıq 0,4 kV-luq elektrik veriliş xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilib, avadanlıqlarda və xətlərdə texniki vəziyyətinin yoxlanılması təmin olunub, müəyyən edilmiş nasazlıqların aradan qaldırılmaqla təmir və sınaq işləri aparılıb, 950 ədəd 6-10 kV-luq, 27 ədəd 35 kV-luq transformator əsaslı təmir olunub.

2018 - ci ildə regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq köhnə elektrik şəbəkələrində yenidənqurma işləri aparılması nəzərdə tutulub. Cari ildə bu işlər 119 kənddə yekunlaşıb. Bu məqsədlə 34100 abonentin elektrik sayğacları və yaşayış evlərinin elektrik xətləri həyətyanı sahələrdən çölə çıxarılıb, 58220 ədəd 0,4 kV-luq dayaq quraşdırılmış, 2535,7 km-dən çox ÖİN xətləri çəkilib.

Hesabat müddəti ərzində ümumilikdə 245620 ədəd olmaqla, əhali istehlakçılarına aid 223386 ədəd, qeyri-əhali istehlakçılarına aid 22234 ədəd uçot dəstləri yenisi ilə əvəz olunub. Bundan əlavə ümumilikdə 186672 ədəd, o cümlədən əhali istehlakçılarına aid 171739 ədəd, qeyri-əhali istehlakçılarına aid 14933 ədəd köhnə elektrik sayğacları yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjsinə görə ümumi yığım səviyyəsi hesabat dövründə 96,5 %-ə, elektrik enerjisi itkiləri 9,7 %-ə qədər azaldılıb.