Cəlilabad rayonunda itkin düşən 11-ci sinif şagirdi Oruc Atif oğlu Hüseynov tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə "Report"a məktəblinin atası Asif Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, oğlu polislər tərəfindən Bakı şəhərində tapılıb və bu gün onlara təhvil veriləcək. 

Qeyd edək ki, Cəlilabad rayon sakini, 2000-ci il təvəllüdlü Oruc Atif oğlu Hüseynov dekabrın 8-də yaşadığı evdən gedib və geri qayıtmayıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmişdi.