18 Avqust 2019
17 Avqust 2019
Bakıda trans "qaraçı hipnozu" ilə satıcıları belə aldatdı - VİDEO
Bakıda trans "qaraçı hipnozu" ilə satıcıları belə aldatdı- VİDEO HADİSƏ 17:49 2018-12-27

Paytaxtın Xətai Rayonu, Xudu Məmmədov 122 ünvanında yerləşən gül mağazasının birində dələduzluq olub.

Unikal.org-un məlumatına görə, dünən saat 17:10 radələrində gül dükanına daxil olan müştəri (yanında bir nəfərdə olub) əvvəlcə  dəyəri 5 manata aldığı gülün pulunu ödəmək üçün yüz manatı kassirə uzadıb. Onun əli dəydikdə isə əsginazı geri çəkir və pulunu yenidən pul kisəsinə qoyur. 

El arasında "qaraçı hipnozu" deyilən çaşdırıcı hərəkətlə kassiri aldadan müştəri ondan 95 manat “pulun qalığını” alıb, dükanı tərk edir. 

Sonradan mağaza sahibi təhlükəsizlik kamerasına baxdıqda isə bu şəxsin ümumiyyətlə aldığı məhsulun pulunu ödəmədiyi, əksinə kassadan 95 manatı  ona verdikləri məlum olub.

Dələduzluq hadisəsi anbaan mağazalarda quraşdırlılan təhlükəsizlik kamerasına düşüb. 

Mağaza sahibinin Unikal.org-a verdiyi məlumata görə, dələduzluq edən həmin şəxs trans olub: “O, tək deyildi. Yanında da başqa bir trans var idi. Hadisə ilə bağlı artıq polisə məlumat verilib”. 

Famil Fərhadoğlu