Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili Sumqayıtda növbəti dəfə seçiciləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, deputat təmsil etdiyi dairədə yaşayan seçiciləri ayrı-ayrılıqda qəbul edib. Görüşdə Tahir Mirkişili ona ünvanlanan sualları cavablandırıb və onları narahat edən məsələləri dinləyib.

Qəbulda operativ həll edilməsi mümkün olan məsələlərə yerindəcə baxılıb və həll etməyə nail olunub. Digər məsələlər isə  nəzarətə götürülüb.  

Qeyd edək ki, Tahir Mirkişili hər ay Sumqayıt şəhərində mütəmadi olaraq seçiciləri qəbul edir. O, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilib. 

Qəbuldan bəzi görüntüləri sizlərə təqdim edirik: