Şəmkir rayonunda ağır yol qəzası baş verib. 

Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1 nəfərin öldüyü, daha 3 nəfərin isə yaralandığı bildirilir. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.