Türk pop musiqisinin yaşayan əfsanəsi Hakan Peker "2 Sayfa" verilişində səmimi açıqlamaları ilə yadda qalıb.

Unikal.org-un  "Haberler"ə istinadən məlumatına görə, o, bir müddətdən sonra sənətinə son qoyacağını deyib:

"Musiqini gözəl vaxtda sona çatdıracam. Ölənə qədər musiqi bəstələmək, səhnədə ölmək kimi bir fikrim yoxdur. Mənə görə, hər şeyin bir sonu var". 

Hakan "Sənətdən getdikdən sonra unudulmaqdan qorxmursunuz ki" sualına belə cavab verib:

"O zaman elə unudulsam yaxşıdı. Hətta öləndən sonra bütün mahnılarımı silsinlər".