Kolumbiyada Kanada vətəndaşı türk əsilli professor Ramazan Gençayın müvəqqəti qaldığı mənzildə meyiti tapılıb.

Unikal.org xəbər verir ki, konfransda iştirakdan dolayı Medellin şəhərinə gedən professordan 6 dekabrdan bəri xəbər almaq mümkün olmurdu.

Gençayın sonuncu dəfə rəqs klublarından birinin təhlükəsizlik kamerasına düşdüyü və bir neçə şübhəli şəxsin onu izlədiyi müəyyən edilib.

İlkin araşdırma zamanı professorun zəhərləndirildiyi bildirilib.(axar.az)