Nyu-Yorkun Kuins ərazisində transformator partlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Consolidated Edison" şirkətinin zavodunda baş verən partlayışdan sonra əraziyə xilasetmə qüvvələri, polis və səhiyyə işçiləri sövq edilib. Hadisə ilə bağlı şəhər polisi "Twitter"dəki rəsmi səhifəsindən məlumat verib. Məlumatda şəhərin göy tüstü dumanına qərq olunmasına aydınlıq gətirilib.  Bildirilib ki, şəhərdəki göy tüstü dumanı transformatorun partlayışından sonra yaranıb və yanğın nəzarət altındadır.
 Hələlik zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.