Cari mövsümdə “Trabzonspor”un heyətində göstərdiyi oyunla diqqətləri üzərinə çəkən Abdülkadir Ömürün transfer qiyməti məlum olub.

Unikal.org xəbər verir ki, Qaradəniz təmsilçisi 19 yaşlı futbolçunun transfer qiymətini açıqlayıb. “Mançester Siti”, “Liverpul” və “Roma” kimi klubların maraqlandığı iddia edilən futbolçunun transfer qiyməti 30 milyon avro olaraq müəyyənləşdirilib.

“Trabzonspor”la 2022-ci ilədək müqaviləsi olan Abdülkadir, bu mövsüm iştirak etdiyi 17 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmənin müəllifi olub.