PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide Mavi orkide Beyaz orkide “Azərsu” gücləndirilmiş iş rejiminə keçir - Unikal.org
17 Fevral 2019
“Azərsu” gücləndirilmiş iş rejiminə keçir
“Azərsu” gücləndirilmiş iş rejiminə keçir CƏMİYYƏT 11:09 2018-12-28

 “Azərsu” ASC Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, bununla əlaqədar səhmdar cəmiyyətinin aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”nun 955 Zəng Mərkəzinə müraciət etsinlər.