Azərbaycanda bu ilin noyabr ayında minik avtomobilləri 1,1% ucuzlaşıb. Bu müddətdə velosipedlərin qiymətində isə 0,2% artım qeydə alınıb.

Unikal.org bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb, may-iyun aylarında isə hər ay üzrə 0,1% artıb, daha sonrakı ayda isə 0,2% azalma ilə əvəzlənib. Avqust ayında minik avtomobilləri 0,8% bahalaşıb, sentyabr ayında 0,8% ucuzlaşıb, oktyabr ayında isə qiymətlər sabit qalıb.

Velosipedlərin qiyməti isə yanvarda 0,7% artıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1%, may ayında 0,3%, iyunda 0,2%, iyulda 0,1%, avqustda 0,1% artıb. Sentyabrda 0,2% ucuzlaşma, oktyabrda isə 0,2% bahalaşma qeydə alınıb.

Rəsmi statistikaya əsasən, noyabrda 1 minik avtomobili üçün orta qiymət 34 436 manat, velosiped üçün isə 165 manat təşkil edib.