21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə namizəd açıqlanıb.

Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub və həmin məşqçilərlə görüşlər keçirilib.

Hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdir.

Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən Milan Obradoviçə həvalə olunacaq.