İngiltərənin “Bornmut” klubu ciddi itkiylə üzləşib.

Unikal.org xəbər verir ki, Premyer Liqa təmsilçisinin kapitanı Saymon Frensis zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Premyer Liqanın 19-cu turu çərçivəsində “Tottenhem”lə keçirilən matçda (0:5) zədələnən 33 yaşlı müdafiəçinin 6-9 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

2012-ci ildən “Bornmut”da forma geyinən Frensis, cari mövsümdə 20 qarşılaşmada iştirak edərək, 3 məhsuldar ötürmə verib.