Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasınıni baş məşqçisi postunda dəyişiklik olub.

Unikal.org  AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma Samir Əliyevə tapşırılıb. O, Vüqar Məmmədi əvəzləyib. Təyinat AFFA-nın Məşqçilər Komitəsinin təqdimatı əsasında baş katibliyin birgə müzakirələri nəticəsində reallaşıb.

39 yaşlı mütəxəssis komandanı 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlayacaq.

Qeyd edək ki, S.Əliyev ötən mövsüm “Səbail”ə rəhbərlik edib.