Bakıda aeroport yolunda yol qəzası baş verib.

Unikal.org bildirir ki, hadisə şahidlərinin report-a verdiyi məlumata görə, KİA markalı avtomobil hərəkətdə olarkən 160 saylı sərnişin avtobusunun qarşısına çıxıb və avtobus avtomobilə çırpılıb. KİA-dan qopan metal parçası arxadan gələn digər avtomobilə dəyib və həmin avtomobilin təkəri partlayıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.