Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1445-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

1-ci maddənin on yeddinci abzasında “girovsaxlayan” sözü “girov (ipoteka) saxlayan” sözləri ilə əvəz edilib.

41-1-ci maddənin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“Kreditorlar qrupu daxilində səsvermə zamanı kreditorlar bərabər hüquqa malikdirlər.”.

47-ci maddə üzrə:

6-cı hissənin “c” bəndinə “girov” sözündən sonra “və ya ipoteka” sözləri, “ç” bəndinə “girovların” sözündən sonra “(ipotekaların)” sözü əlavə edilib;

7-ci hissənin ikinci cümləsinə “girov” sözündən sonra “və ya ipoteka” sözləri əlavə edilib.

55-ci maddənin birinci hissəsinin “a” və “c” bəndlərinə “girov” sözündən sonra “və ya ipoteka” sözləri əlavə edilib.