14 Oktyabr 2019
13 Oktyabr 2019
Yük maşını qar uçqununa belə düşdü - VİDEO
Yük maşını qar uçqununa belə düşdü -VİDEO VİDEO 22:08 2018-12-28

Dağıstanda yoldan keçən yük avtomobili aşırımda qar uçqununa düşüb. 

Unikal.org xəbər verir ki, hadisə şahidləri həmin anın görüntülərini çəkərək, sosial şəbəkələrdə paylaşıb.

Kadrlarda yüksək sürətli qar axınının yük maşınını tamamilə örtdüyünü, daha sonra isə aşağıya doğru hərəkətə davam etdiyini görmək olur.

Xoşbəxtlikdən “Volvo” markalı yük maşınının sürücüsü maşını vaxtında tərk edib və xəsarət alan olmayıb. Yaxınlıqdakı digər avtomobillərin sürücüləri isə təhlükəsiz əraziyə çəkiliblər.

İnsidentin Ansux – Tlyarat avtomagistralının 6-cı kilometrliyində baş verdiyi bildirilir.