İtaliya çempionu “Yuventus”un aparıcı futbolçularından olan Xuan Kuadrado əməliyyat olunub.

Unikal.org xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Barselonada baş tutan əməliyyat uğurlu alınıb. Futbolçunun tezliklə bərpa prosesinə start verəcəyi qeyd olunub. Lakin onun dəqiq nə vaxt yaşıl meydanlara dönəcəyi açıqlanmır.

Xatırladaq ki, Kuadrado UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Yanq Boyz”la qarşılaşdıqları oyunda (1:2) zədələnmişdi.