Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1962-ci il təvəllüdlü Salim Səid Salim dekabrın 27-də Səbail rayonu, Fəvvarələr meydanında itkin düşüb.

Bu barədə Unikal.org-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Sonuncu dəfə əynində göy cins şalvar, qara qış gödəkçəsi və qəhvəyi rəngli papaq olub. 

Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 9-cu Polis Bölməsinə (012) 437-02-02, (012) 492-02-02, (050) 776-77-44 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.