“Qarabağ”ın qış təlim-məşq toplanış planı məlum olub.

Unikal.org kluba istinadən xəbər verir ki, “köhlən atlar” yanvarın 6-da Antalyaya yollanaraq hazırlıqlara start verəcək. Təlim-məşq toplanışı 21 gün davam edəcək və komanda bu müddətdə 5 yoxlama oyunu keçirəcək.

“Qarabağ” yanvarın 12-də Rumıniyanın “Botoşani”, yanvarın 16-da Özbəkistanın “Paxtakor”, yanvarın 19-da Çexiyanın “Bohemians”, yanvarın 23-də Polşanın “Pyast” və yanvarın 26-da Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qarşılaşacaq.

Yanvarın 27-də isə “köhlən atlar” Bakıya dönərək, fevralın 3-də baş tutacaq “Neftçi”ylə matçın hazırlıqlarını burda davam etdirəcək.