Hövsandan avtomobil qaçıran Kürdəmir sakini tutulub.

DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 28-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən qəsəbə sakini Ramil Dərbəndəliyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Dekabrın 29-da DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin Hacıqabul şəhərinin ərazisində hərəkətdə olması aşkar edilib və müvafiq tədbir görülməsi üçün məlumat aidiyyəti üzrə göndərilib.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Şükürov saxlanılıb.