İmişli rayonunun Yalavac kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 28-də saat 7 radələrində İmişli rayonunun Yalavac kəndi ərazisində Rəsullu kənd sakini Məhəmməd Kərimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə kənd sakini Adəm Mirzəmmədovun idarə etdiyi “İj” markalı motosiklet toqquşub.

Nəticədə A.Mirzəmmədovun sərnişini Valeh Mehdiyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.