Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvaya işgüzar səfərə yollanıb.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, dekabrın 25-də görüş keçirərək, enerji resurslarının qiyməti və onunla bağlı Rusiya Vergi Məcəlləsində gözlənilən dəyişiklikləri müzakirə etmişdilər. Birinci görüşdə liderlər ortaq məxrəcə gələ bilməyərək, Yeni il bayramına qədər bir daha görüşməyə qərar vermişdilər.