Azərbaycanda USM müayinəsi zamanı maraqlı hadisə yaşanıb.

Unikal.org xəbər verir ki, uroloq-androloq Zaur Ağayevin Medicina.az-a verdiyi məlumata görə, ailəli və 2 uşaq atası olan kişi 41 il orqanlarının əks tərəfdə yerləşməsindən xəbərsiz olub. Belə ki, həkim USM müayinəsi zamanı pasiyentinin ürəyinin sağda, qaraciyərinin isə solda yerləşdiyini görüb. Bu barədə pasiyentə məlumat verdikdə isə o, təəccübünü gizlədə bilməyib. Bir müddət əsl şok yaşayan kişi 41 il boyunca ürəyinin sağ tərəfdə döyündüyünü belə hiss etmədiyini dilə gətirib.