Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının Gəncə şəhərində rəsmi qarşılanma mərasimi olub.

Unikal.org xəbər verir ki, qarşılanma mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış ediblər.

Nəzərinizə çatdıraq ki, məşhur müğənnilər də  Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə Gəncəyə gedib, konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı bu gün səhər saat 09:00-da yola düşüb. Qatar 4 saat sonra Gəncəyə çatıb.

Müxbir: Famil Fərhadoğlu

Foto: Zaur Səfərov